Snouden Şeremetyevonu tərk etdi

Snouden Şeremetyevonu tərk etdi
  01 Avqust 2013    Oxunub:1031
Edvard Snouden 1 aydan artıqdır ki, Rusiyanın Şeremetevo hava limanında qalırdı.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) gizli telefon və internet dinləmələri ilə bağlı məlumatları mətbuata sızdıran Edvard Snouden Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Şeremetyevo" hava limanını tərk edib. AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Federal Miqrasiya Xidməti Snoudenə, aeroportun tranzit zonasını tərk edə bilməsi üçün müvafiq sənədlər təqdim edib.

Qeyd edək ki, ABŞ-ın xarici işlər naziri Con Kerri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşını ölkəsinə xəyanətdə ittiham edib.


Teqlər:  





Xəbər lenti