Ermənilər Kəlbəcərin işğalı zamanı çəkilən videonu yaydı

Ermənilər Kəlbəcərin işğalı zamanı çəkilən videonu yaydı
  01 Avqust 2013    Oxunub:3001
1 aprel 1993-cü ildə Kəlbəcər rayon mərkəzinə girən erməni silahlı dəstələri, İstisu istiqamətində irəliləyəcəklərindən danışırlar. Şəhərdə hələ də sivil azərbacanlılar var.
AzVision.az xəbər verir ki, videogörüntüdə 4 nəfər azərbaycanlı mülki şəxsin əsir düşdüyü anlaşılır. Onlardan birinin dediyinə görə valideynləri ondan xəbərsiz gedib, özünün də olanlardan xəbəri olmayıb.

Həmçinin videogörüntüdə ermənilərin azərbaycanlıları təhqir etdiyi görülür. Və erməni hərbiçilər Qarabağı tutmalarından, Qarabağın Ermənistana birləşməsindən danışırlar.

Video həmin tarixdə erməni silahlılarıyla birlikdə Qarabağda olan türkiyə ermənisi Sarkis Hatspaniyan tərəfindən qeydə alınıb.

Videonu təqdim edirik:



AzVision.az




Teqlər:  





Xəbər lenti