İlham Əliyevin Moskvaya səfəri təkzib edildi

İlham Əliyevin Moskvaya səfəri təkzib edildi
  02 Avqust 2013    Oxunub:949
Bəzi kütləvi informasiya vasitələrinin Prezident İlham Əliyevin Moskvaya səfəri ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Qeyd edək ki, bu gün bəzi yerli KİV-lər Prezident İlham Əliyevin Rusiyaya səfər etdiyi və bir sıra görüşlər keçirdiyi barədə məlumat yaymışdı.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində qərəz və ya digər məqsədlə belə yoxlanılmamış, bilərəkdən yalan xəbərin yayılması təəssüf ki, Azərbaycan jurnalistikasının ənənələrinə ləkə yaxır.
Yüksək vəzifəli mənbə bildirib ki, Prezident İlham Əliyevin Moskvaya səfəri və guya orada keçirilmiş və keçirilməsi planlaşdırılan görüşlər barədə belə sərsəm spekulyasiyalar öz sponsorlarının siyasi sifarişini yerinə yetirən KİV-lərin növbəti təxribatından başqa bir şey deyil.(Trend)


Teqlər:





Xəbər lenti