Pakistan ABŞ-dan tələb etdi
“Dövlət katibi Kerrinin Pakistanın baş naziri Navaz Şərif və prezident Asif Zərdari ilə danışıqları zamanı, ölkənin şimal-qərb rayonlarına ABŞ-ın pilotsuz təyyarələrinin basqınlarının yolverilməzliyi barədə Pakistan tərəfinin mövqeyi çatdırılıb” – Nazirliyin bəyanatında deyilir.
Həmçinin vurğulanıb ki, Pakistan-Əfqanıstan sərhədində ekstremist əhval-ruhiyyələrin katalizatoru olan bu cür hərəkət ikitərəfli münasibətlərə xələl gətirə bilər.
AzVision.az