Morninqstar iftar verdi

Morninqstar iftar verdi
  02 Avqust 2013    Oxunub:1181
Dünən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iqamətgahında iftar süfrəsi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan səfir qonaqları salamlayaraq ABŞ Prezidenti Barak Obamanın bütün dünya müsəlmanlara təbrikini səsləndirib.

Səfir qeyd edib ki, Azərbaycanla bağlı ən xoş və gözəl cəhətlərdənbiri budur ki, dini və etnik icmalar arasında tarixən qarşılıqlı hörmət mövcud olub.

"Mən bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan din və ictimayyət arasında biri birinə hörmət malikdir. Biz bunu qeyd edirik. Mən prezident Obamanın təbriklərinə qoşuluram", səfir deyib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır.

Tədbirdə bir çox ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri, KİV rəhbərləri, millət vəkilləri iştirak edib.


Teqlər:





Xəbər lenti