Avropa hərbi xərclərə pul tapmır
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Çexiya, Rumıniya, Sloveniya, Slovakiya, Albaniya, Macarıstan, Litva, Estoniya, Bolqarıstan, Xorvatiya və Latviyanın 2000-2012-ci illər üzrə ümumi müdafiə xərclərinin qrafikini verib. Şərqi Avropa ölkələri iqtisadiyyatı inkişaf etdirməyə daha çox önəm verdikləri üçün müdafiə xərcləri 2000-ci il illə müqayisədə 14 % azalıb. Şübhəsiz ki, region 2000-ci ildə hərbi hegemon olduğundan mövcud hərbi ixtisar tez nəzərə çarpır.
Müqavilənin şərtlərinə görə isə ABŞ bu ölkələri qorumağa məcburdur. Qrafikə əsasən NATO-nun yeni üzvləri hərbi xərcləri ödəməyə hələ hazır deyil. Şərqi Avropa ölkələri elə güman edir ki, NATO amerikalı vergi verənlərin hesabına onlara pulsuz himayəlik edəcək. Qeyd edək ki, 2000-2012-ci illərdə müdafiə xərcləri 50 % artan Polşa bu siyahıda yoxdur.
AzVision.az