`Məcbur olub keçid balını 150-yə saldıq`
O bildirib ki, Tibb Universitetində 890 qəbul yeri var:
`500-dən az bal yığanların Tibb universitetinə qəbul olunmağı çox nadir halda ola bilər. Həmin universitetdə yalnız bəzi ixtisaslar ola bilər ki, 500-dən az bal yığanlar ora qəbul ola bilsin. Amma müalicə işinə 500-dən yuxarı nəticə göstərənlər qəbul olacaq`.
M.abbaszadə IV ixtisas qrupu üzrə keçid ballarının aşağı salınmasından da danışıb:
`Bu il məcbur olduq ki, abituriyentləri müsabiqəyə 150 balla buraxaq. Bizdə Tibb universitetindən başqa digər ali məktəblərdə 1050, regionlardakı ali məktəblərdə1093 yer, özəl ali məktəblərdə 330 yer, kənd təsərrüfatı ixtisaslarına qəbul üçün isə 545 yer var idi. Müsabiqəyə buraxdığımız uşaqların sayı isə 3203-dür. Aqrar sahədə ixtisasları seçmək üçün imkan verilən uşaqların sayı isə 95-dir`.