ABŞ bütün dünyada səfirliklərini bağlayır
“Dövlət Departamenti bəzi ölkələrdəki səfirlik və konsulluqlara avqustun 4-də fəaliyyətini dayandırmaq barədə tapşıq verib”-deyə Meri Xarf brifinq zamanı bildirib. O, jurnalistlərin belə bir qərarın terror təhlükəsi ilə bağlı olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib: Mən konkret olaraq belə bir termin işlətməyəcəm. Yalnız onu deyə bilərəm ki, biz bu addımı təhlükəsizlik tədbirləri çərçivəsində atmışıq”.
Departamentin nümayəndəsi qeyd edib ki, səfirliklərin bağlanması “ABŞ hökumətinin öz əməkdaşlarına, və səfriliyə müraciət edənlərə qayğısından irəli gəlir”.
Bununla belə, Xarf Amerikanın konkret olaraq hansı ölkələrdəki səfirliklərinin bağlanacağı barədə heç bir söz deməyib. Yalnız bildirib ki, bu barədə daha sonra məlumat veriləcək.
O, həmçinin səfirliklərin bağlanacağı günün dəyişdirilə biləcəyini də istisna etməyib.
Bu arada Amerikanın CBS telekanalı məlumat yayıb ki, ABŞ kəsfiyyatına terrorçu Əl-Qaidə təşkilatının səfirlik və diplomatik nümayəndəliklərə hücum planlaşdırdığı barədə məlumat daxil olub.
Telekanalın məlumatına görə, ABŞ –ın Bəhreyn, Misir, İraq, İsrail, İordaniya, Küveyt, ,Liviya, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Banqladeş nümayəndəlikləri bağlandıqlarını elan ediblər.
“Associated Press”isə iddia edir ki, söhbət müsəlman ölkələrindəki diplomatik missiyaların fəaliyyətinin dayandırılmasından gedir.
Səbinə Həsənova
AzVision.az
Teqlər: