Ermənilər vətəndaşımızı yaralayıb
“Qazel” markalı avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini, Ağköynək kənd sakini, 27 yaşlı Hüseynov İqbal İlqar oğlu belindən güllə yarası alıb. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.