Gəncəlilərin qaz problemi olmayacaq
Təkcə bu ilin birinci yarısında 29 504,8 metr uzunluğunda orta təzyiqli, 5 342,65 metr uzunluğunda isə aşağı təzyiqli polietilen qaz xətləri quraşdırılıb.
Qeyri-yaşayış sahələrinin qazlaşdırılması məqsədi ilə 16 997,9 metr uzunluğunda əlavə qaz xətti çəkilib.
Şəhərin Avtozavod və Sevinc qəsəbələrində polad borularla ümumilikdə 40 994,5 metr uzunluğunda kücə qaz xətti çəkilib ki, bu işlərin də 21 937,1 metri 2013-cü ilin ilk yarısında görülüb.
Hazırda Avtozavod qəsəbəsi ərazisində 325 mm-lik daşıyıcı qaz kəməri polietilen borularla əvəz olunur.
Hacıkənd qəsəbəsində əhalinin təbii qazla təmin olunması üçün 6 300 metr uzunluğunda yeni qaz xətti çəkilib, 142 ev təbii qazla təmin edilib. Bu ərazidə yeni inşa olunmuş evlərin qazlaşdırılması davam etdirilir.
2013-cü ilin ilk 6 ayı ərzində 378 qaztənzimləyici və 280 siyirtmə təftiş edilərək təmir olunub. Hazırda 8 ədəd 250-300 mm-lik siyirtmənin quraşdırılması üçün hazırlıq işləri aparılır.
AzVision.az
Teqlər: