`Sabah onlar da ombudsmanın vəziyyətinə düşə bilər`

`Sabah onlar da ombudsmanın vəziyyətinə düşə bilər`
  02 Avqust 2013    Oxunub:1208
Bu gün Moldovalı ombusdman Aureliya Qriqoriuya qarşı təhdidlərlə bağlı mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirin təşkilatçısı “Novosti-Azerbaydjan” İnformasiya Agentliyinin rəhbəri Gülnarə Məmmədzadə ombusdmana qarşı təzyiqlərlə bağlı məlumat verib.

O bildirib ki, A.Qriqoriu Azərbaycana göndərdiyi məktubda bildirir ki, son vaxtlar o, təhdid edilir:

`Son bir neçə gün ərzində isə təkcə ona yox yaxınlarına da təzyiqlər olub. Aureliya ona olunan təzyiqlər barədə bizə müraciət etdi ki, Azərbaycan ictimaiyyəti, mediası bu hadisəyə biganə qalmasın. Sabah başqa siyasətçilər də həmin vəziyyətə düşə bilər. Səbəbsə, Azərbaycanın hüquqlarını müdafiə etməkdir. Bu, çox ciddi faktdır`.

Tədbirdə çıxış edən politoloq Mübarib Əhmədoğlu vurğulayıb ki, Aureliyo Qriqoriunun dediklərində yalan yoxdur:

“Birincisi ortada Avropa dəyərləri məsələsi var. O, insan hüquqları müdafiəçisidir. Dediklərində zərrə qədər də yalan yoxdur. Onun Xocalı faciəsi barədə dediklərini Robert Köçəryan da, Serj Sarkisyan da etiraf edib. Onlar özü də bu faciənin niyə baş verdiyini izahını veriblər. Eləcə də Azərbaycan topraqlarının 20%-nin işğalı barədə də dedikləri də bütün dünyaya məlumdur. Yeddi ildir ki, ABŞ dövlət departamenti də hesabatlarında bu faktı qeyd edir ki, Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Heç bir yalan deməyən adam niyə təzyiqlərə məruz qalmalıdır?`

M.Əhmədoğlu bu halın Azərbaycan – Moldova münasibətlərinə də təsiri barədə danışıb:

`Əgər Moldova Ermənistanla münasibətlərini dəyərləndirib Azərbaycanla münasibətləri aşağı sala bilirsə, biz niyə susmalıyıq? Azərbaycan dövlətinin zəifliyini kim görüb?`

Politoloq onu da diqqətə çatdırıb ki, Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışının yaratdığı əks-sədadan sonra Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbadyan, hər ikisi Moldovada səfərdə olsa da, bu barədə heç nə deməyiblər:

`Moldovadakı erməni icmasına səslənirəm. Əgər ermənilərin deməyə sözü var idisə, Aureliyo Moldovaya qayıdandan sonra prezidentləri də baş nazirləri də Moldovada oldu. O zaman niyə heç bir söz demədilər?`.


Teqlər:  





Xəbər lenti