Nəriman Həsənzadə: `Əməliyyat olunmayacağam`

Nəriman Həsənzadə: `Əməliyyat olunmayacağam`
  02 Avqust 2013    Oxunub:1424
“Mətbuatda xəbər yayılıb ki, guya ki,mən ürəyimdən əməliyyat olunacam. Yalan söhbətdir.”
Bu sözləri AzVision.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Şair qeyd edib ki, hazırda Çexiyada istirahətdədir:

“Yayılan məlumatlar yalandır, niyə belə söhbətlər yaranır? Mən 3 dəfə ürəyimdən əməliyyat olunmuşam, indi də çox yaxşıyam. Çexiyada istirahət edirəm. Avqustun 23-də Bakıya qayıdacam, qayıdanda danışarıq”.

Qeyd edək ki, mətbuatda Nəriman Həsənzadənin üçüncü dəfə ürəyindən əməliyyat olunacağı xəbəri yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti