Nazir şikayətləri dinlədi

Nazir şikayətləri dinlədi
  02 Avqust 2013    Oxunub:1431
Avqustun 2-də Lerik şəhər Mədəniyyət Evində iqtisadi inkişaf naziri Şahin Mustafayev Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan 70-dən çox vətəndaşı qəbul edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda olan vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, işə qəbul, kənd yollarının çəkilməsi, məktəb tikintisi, qaz, su və elektrik enerjisi təminatı və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılıb və bir sıra məsələlər həllini tapıb.

Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbul zamanı, həmçinin bir sıra sahibkarların təklifləri dinlənilib, müxtəlif layihələrlə bağlı müzakirələr aparılıb və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilib.

Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, vətəndaşlar əvvəlcədən nazirliyin əlaqə telefonları, [email protected] elektron poçt ünvanı,195-2 Telefon Məlumat Mərkəzi, Lənkəran regional bölməsi, həmçinin nazirliyin rəsmi internet və "facebook" səhifələri vasitəsilə qəbula yazılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti