Ruhanidən İsrailə sərt sözlər

Ruhanidən İsrailə sərt sözlər
  03 Avqust 2013    Oxunub:1179
Ruhani İsraili “yaralayıb”.
İki gün sonra and içərək Mahmud Əhmədinejatın kürsüsünə oturacaq İranın yeni prezidenti Həsən Ruhani “İsraili illərdir İslam dünyasının bədənində qalan və təmizlənməli olan bir yara” olaraq xarakterizə edib.

İranın 7-ci prezidenti seçilən Həsən Ruhani Tehranda ənənəvi olaraq keçirilən “Fələstinə dəstək günü”ndə İsrailin ünvanına sərt mesajlar göndərib.

Ruhaninin İsrail haqqındakı sözləri dünya xəbər agentliklərinin marağına tuş gəlsə də İranın ingilis dilli Press TV kanalı yeni prezidentin sözlərinin təhrif olunduğunu deyib.

İsraildən cavab da gecikməyib. Ruhaninin əsl üzünü “gözləniləndən tez” göstərdiyini deyən baş nazir Netanyahu yeni prezidentin yürüdəcəyi siyasətin heç kəsə sirr olmadığını bildirib.




Teqlər:  





Xəbər lenti