Bakı persona non qrataların siyahısını açıqladı
Qeyd edək ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycan torpaqlarına səfər edən hər kəs avtomatik olaraq persona non qrata elan olunur.
Xarici İşlər Nazirliyindən bilidirilib ki, sözügedən siyahıda 335 nəfərin adı var.
“Qara siyahıda” Rusiya, İran, Argentina və Uruqvay da daxil olmaqla bir sıra ölkələrin parlamentarilərinin də adları yer alıb.
Azərbaycan qanunvericiliyini daha çox Rusiya vətəndaşları pozub (90 nəfərdən çox).
Siyahıya daxil olanlar arasında 2010-cu ildə Dağlıq Qarabağa səfər edən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, İqor Çernışenko, Maksim Mişenko, Kiril Çerkasov, Tatyana Valojinskaya, Serqey Popov, 2012-ci ildə regionda olan deputatlar Aleksandr Balberov, İvan Suxarev, eləcə də 2011-ci ilin sentyabrında Qarabağda olmuş deputat Aleksey Mitrafanov da var. Rusiya parlamentinin sonuncu (səfər tarixi- 2013) arzuolunmaz şəxsi isə Oleq Paxolkovdur. “Qara siyahıda Rusiyanın Ermənistandakı keçmiş səfiri Vladimir Stupişinin də adı çəkilir.
Deputatlarla yanaşı Rusiyanın digər vətəndaşları, eləcə də Andrey Areşev, Serqey Markedonov kimi alim və politoloqları da siyahıya düşüblər.
Bunula yanaşı italiyan müğənnisi Albano və İspaniyanın opera müğənnisi Monserat Kabalye və müxtəlif ölkələrin mədəniyyət və icəsənət xadimləri, jurnalistlər, tələbələr, turistlər də persona non qratalar elan olunub.
Səbinə Həsənova
Teqlər: