Ermənilərin öldürdüyü çoban azərbaycanlı imiş

Ermənilərin öldürdüyü çoban azərbaycanlı imiş
  03 Avqust 2013    Oxunub:1181
Ermənistan Türkiyə sərhədində, Qarsda yaylaqda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən çoban azərbaycanlı olub
AzVision.az "Haber3" saytına istinadən xəbər verir ki, çobanın cənazəsi Ərzurumdakı ailəsinə təhvil verilib və Akyaka məzarlığında dəfn olunub. Dəfn mərasimində dövlət rəsmilərinin də iştirak etdiyi bildirilir.

Cənazədən sonra jurnalistərə açıqlama verən O.Uğurlu Ermənistanın "ilk atəş açan çoban olub" açıqlamasını şərh edərək bildirib ki, çobanın üzərində hər hansı bir silah olmayıb.

Qeyd edək ki, çobanın cəsədinin üzərindən ancaq alışqan aşkar olunub.
Ermənistan mətbuatının yadığı xəbərlərdə isə iddia olunur ki, bir müddət əvvəl yaralı halda olan 35 yaşlı çoban Mustafa Ülkər, Ermmənistan-Türkiyə sərhəddində Rusiya sərhədçilərinə atəş açıb, daha sonra sərhədləri pozaraq Ermənistana daxil olmağa cəhd edib. Rusiyalı sərhədçilərin açdığı cavab atəşi nəticəsində Mustafa Ülkər yaralanıb.

Mirvari


Teqlər:  





Xəbər lenti