“Google”da axtarış etdi, evinə polis gəldi

“Google”da axtarış etdi, evinə polis gəldi
  03 Avqust 2013    Oxunub:1529
Nyu-York ştatının sakini jurnalist Mişel Katalanonun evində axtarış keçirilib.
Bu barədə jurnalist öz bloqunda məlumat verib. Onun bildirdiyinə görə, səhər saat 9 radələrində altı nəfər polis onun evinə gəlib və axtarış aparmağa başlayıb. Katalano işdə olduğundan polisləri qarşılayan onun əri olub. 45 dəqiqə evdə axtarış aparan polislər axtarış üçün dəqiq səbəb göstərməyiblər.

Jurnalistin sözlərinə görə, axtarış “qazan”, “rükzak (çanta)” və “Bostonda terror aktı” sözlərinin “Google”da axtarışından sonra baş verib. Polislər kitab rəfində bomba hazırlanmasından bəhs edən kitabları, ailəyə məxsus şəkilləri axtarmağa başlayıblar. Katalanonun bildiridiyinə görə, polislər “sizdə bomba varmı” – deyə soruşublar.

Qeyd edək ki, polislər həftə ərzində təxminən 100 bu cür reyd keçiriblər, amma bunların 99 faizi nəticəsiz olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti