Rus ordusunda azərbaycanlı- erməni davası
İddia edilir ki, İnsident ayaqyolunda baş verib. Emil əvvəlcə ermənini çiyni ilə itələyib, erməni niyə belə edirsən deyəndə qəfildən ona hücum edərək döyüb və çənəsini sındırıb. Hər halda ermənilər belə deyir... Çox güman ki, bu da ermənilərin azərbaycanlılara qarşı növbəti düşünülmüş təxribatıdır.
Ancaq olan olub, yəni erməninin çənəsi artıq sınıb. Hazırda Meroyan, Znamensk hərbi hospitalına yerləşdirilib. Həkimlərin sözlərinə görə onun sümükləri qırıq-qırıq olub, çənəsi yerindən çıxıb və hazırda onun çənəsini yığmaqla məşğuldurlar.
Emil Abdullayev isə hərbi prokurorluq tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Səbinə Həsənova