Qulluğa qəbul olunanlar and içdi
Gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun olaraq həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.
Penitensiar Xidmətin rəhbərliyi qulluğa qəbul olunmaları ilə əlaqədar əməkdaşları təbrik edib və onlara xidmətlərində uğurlar arzulayıb.
Teqlər: