İlham Əliyevin namizədliyi yekdilliklə dəstəkləndi

İlham Əliyevin namizədliyi yekdilliklə dəstəkləndi
  03 Avqust 2013    Oxunub:1150
Ana Vətən Partiyasının (AVP) VI qurultayında İlham Əliyevin namizədliyi yekdilliklə dəstəklənib.
Bu gün Ana Vətən Partiyasının (AVP) VI qurultayı keçirilib. Qurultayda Azərbaycan xalqına müraciət ünvanlanıb.

Müraciətdə deyilir: "AVP cəmiyyətin ictimai-siyasi həyatında 20 ildən çox aktiv iştirak edən siyasi təşkilat kimi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, onun qorunub saxlanması və inkişaf etdirilməsində öz yerini, rolunu və məsuliyyətini dərindən dərk edərək bildirir ki, son on ildə dövlətimiz bir çox möhtəşəm uğurlara imza atıb. Əhalinin yaşam tərzi yaxılaşmış və cəmiyyətin həyatında bi çox müsbət dəyişikliklər baş verib.

Əminik ki, çağrışımıza qədirbilən Azərbaycan xalqı yekdilliklə səs verəcək və İlham Əliyevi biz yenidən respublika prezidenti seçməklə qarşıda duran bir sıra milli problemlərimizin həllina nail ola biləcəyik. Bu uğurlu yolda birinci addım düzgün seçim etməkdir. Əziz soydaşlar, bir daha sizi gələcək uğurlarımızın qarantı olan İlham Əliyevə səs verməyə çağırırıq".

Müraciətdə qeyd olunur ki, qarşıdan əlamətdar bir gün gəlir. Prezident seçkilər hər bir azərbaycanlı, o cümlədən AVP-nın hər bir üzvü üçün strateji əhəmiyyət kəsb edən taleyüklü ictimai-siyasi hasdisədir. Ona biganə qalmaq və laqeyid yanaşmaq olmaz. AVP ilk növbədə dövlətin, xalqın və ana vətənin xoşbəxt gələcəyi üçün narahat olan bütün vətənpərvər insanları qarşıdan gələn prezident seçkilərində hamılıqla və fəal iştirak etməyə çağırır.

Müraciət yekdilliklə qəbul olunub.


Teqlər:  





Xəbər lenti