MSK kurslara başlayır

MSK kurslara başlayır
  03 Avqust 2013    Oxunub:1205
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamların icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir.

MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar avqustun 5-dən 8-dək regionlarda keçiriləcək.

Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, məsul işçiləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaqlar.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 2007, 2009, 2010 və 2011-ci illərdə də aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.


Teqlər:





Xəbər lenti