Tunis yenə qarışdı

Tunis yenə qarışdı
  05 Avqust 2013    Oxunub:1185
Tunisdə hökumət əleyhinə etirazlar davam edir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, solçu politoloq Məhəmməd Brahmiyə qarşı sui-qəsddən sonra nümayişlər daha da artıb.

İqtidarda olan islamçı Ennahda Partiyasını dəstəkləyənlər ötən gün aksiya keçirib. Eyni gündə axşam saatlarında isə adı çəkilən partiyaya müxalif olanlar etiraz aksiyası keçirib.

Tunisin Daxili İşlər Nazirliyinin açıqlamasında isə bildirilir ki, 8 Tunis əsgərinin ölümünə səbəb olan islamçı terrorist ölüb və digər 6 şübhəli həbs olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlcəzair sərhəddində “Əl-Qaidə” üzvləri 8 Tunis əsgərini qətlə yetirib.

Fatimə


Teqlər:  





Xəbər lenti