“Qərb ölkələri fil kimi davranırlar”

“Qərb ölkələri fil kimi davranırlar”
  05 Avqust 2013    Oxunub:1393
Dmitri Medvedyev qərb ölkələrinin regionlardakı fəaliyyətini filin davranışı ilə müqyisə edib.
Rusiyanın baş naziri Dmitri Medvedyev “Russia Today” telekanalına müsahibəsində bəzi qərb ölkələrinin regionlardakı, məsələn, son illərdə Yaxın Şərqdəki hərəkətlərini filin qab-qacaq dükanında davranışı ilə müqayisə edib: “hər şeyi dağıdır, sonra isə nə edəcəyini bilmir”. O bildirib ki, onlar Qərb xalqlarını qəsdən elə bir vəziyyətə təhrik edirlər ki, tərəflər sonra vəziyyəti düzəltmək üçün danışıqlara girə bilmir.

“Bizim qərb tərəfdaşlarımız bəzən özlərini qab-qacaq dükanında fil kimi aparır, içəridə olan hər şeyi dağıdır, amma sonra yaranan vəziyyətdən çıxış yolunu tapa bilmirlər. Hətta mən onların rəhbərliyi tərəfindən irəli sürülən uğursuz layihələrinə təəccüblənirəm” - Medvedyev bildirib.

“Gəlin açıq danışaq, “Ərəb baharı” ərəb dünyasına nə gətirdi? Azadlıq? Onu da qismən gətirib. Dövlətlərin çoxu qanlı toqquşmalar, rejim dəyişikliyi, sonsuz həyəcan yaşayıb. Burada illüziya yoxdur, xalqları təhrik etmə vardır” - o əlavə edib.

“Bütün baş verən hadisələr isə yaxşı sonluqla nəticələnməyib. İraqda yenə narahatlıq hökm sürür. Ölkədə hər gün onlarla insan öldürülür. Biz isə İraqa kömək etməyə çalışırıq. Liviya müharibə nəticəsində demək olar ki parçalanıb və bu gün də idarə olunmaqda problemlər mövcuddur. Mən hələ Qəddafinin aqibəti barədə danışmıram, bu dəhşətlidir...” - Medvedyev vurğulayıb.

“Suriya da hərbi münaqişə yaşayır və indiyə kimi burada vətəndaş müharibəsi davam edir. Düşünürük ki, suriyalılar öz problemlərini özləri həll etməlidir. Amma ölkənin daxili işlərinə müdaxilə yeni problemlər yarada bilər” – baş nazir bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti