Erkin Qədirlidən Milli Şuraya sərt suallar

Erkin Qədirlidən Milli Şuraya sərt suallar
  05 Avqust 2013    Oxunub:1180
“Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Amerikada olarkən hamıya Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması və Los Angelesdəki evinə görə daşınmaz əmlak vergisi məsələlərinin iyulun 20-də həll olunacağını deyirdi”.
Bu barədə ötən gün öz Facebook hesabında Respublikaçı Alternativ (REAL) Siyasi Hərəkatının məclis sədri Erkin Qədirli yazıb. Xatırladaq ki, Erkin Qədirli bir müddət öncə Eldar Namazovla birlikdə Helsinki Komissiyasının Azərbaycanla bağlı dinləmələrində iştirak edib. Qədirli və Namazov Azərbaycan vətəndaş cəmiyyətini təmsil ediblər.

Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamalın «Liderlərin ağıllarına da gəlməyib ki, o Rusiya vətəndaşıdır» başlıqlı yazısını şərh edən Erkin Qədirli Namazovu qeyri-ciddilikdə ittiham edib:

“İndi də deyirlər ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğundan xəbərləri olmayıb. Dostlar, heç ciddi söhbət deyil bu. Yəni, bütün bu illər ərzində, Rüstəm bəyin Dünyanı Azərbaycan pasportu ilə gəzdiyini, Rusiyada, Amerikada və Fransada yaşamaq hüququnu əldə etdiyini, oralarda ev aldığını, və s. sanırdınız? Azərbaycan pasportu ilə, eləmi? Azərbaycan pasportu ilə səyahət etmənin çətinliklərini heçmi çəkmədiniz? Yəni, Rüstəm bəyin hər dəfə Bakıya viza üçün gəldiyinimi düşünürdünüz? Bir çox nəticələrə göz görmədən də gəlmək olur axı, məntiq var. Nəhayət, soruşmaq da olardı özündən. Heç olmasa. Misal üçün. Maraqlı olmalı idi, axı. Nə isə...”



Teqlər:  





Xəbər lenti