Elmar Məmmədyarov BMT-də çıxış edəcək

Elmar Məmmədyarov BMT-də çıxış edəcək
  05 Avqust 2013    Oxunub:1130
Xarici İşlər Nazirinin Nyu-Yorka səfəri başlayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.

Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.

Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.




Teqlər:  





Xəbər lenti