ABŞ-dan Minsk qrupuna yeni həmsədr
Kerri bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün iki ölkəyə yardım göstərilməsinə tam sadiqdir.
Vəzifəsinin icrasına sentyabrda başlayacaq yeni həmsədr bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub. O, 2009-2012-ci illərdə ABŞ-ın Bolqarıstanda səfiri olub və digər məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, 2012-ci ilin dekabrında səfir Robert Bradtke ABŞ-dan ATƏT-in Minsk qrupunun daimi həmsədri kimi öz missiyasını bitirib və hazırda onu müvəqqəti həmsədr səfir Yan Kelli əvəz edir.
S.Həsənova