`Xalq öz prezidentini 10 il əvvəl seçib`

`Xalq öz prezidentini 10 il əvvəl seçib`
  06 Avqust 2013    Oxunub:1889
`Xalq öz seçimini on il bundan əvvəl – 2003-cü ildə edərək özünün Prezidentini seçib. Xalq Ona inanıb, güvənib`.
AzVision.az xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli bildirib.

`Azərbaycan bu gün bölgədə əsas söz sahibi olan lider ölkələrdən biridir. Təbii ki, bütün bu uğurlar bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin sayəsində mümkün olub`-deyən Rəcəblinin sözlərinə görə, İlham Əliyev xalqın inamını ləyaqətlə doğruldaraq 2008-ci ildə yenidən bu etimadı qazanıb:

`Niyə məhz İlham Əliyev sualının cavabı isə hər kəsə gün kimi aydındır: son illərdə Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi bu işin təməlini qoyanın özü tərəfindən də davam etdirilməlidir, torpaqlarımızı erməni işğalından azad edərək qələbə paradını da məhz Prezident İlham Əliyev qəbul etməlidir. Çünki bu, Onun danılmaz haqqıdır`.

Millət vəkilnin sözlərinə görə, istər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir:

`Ölkəyə rəhbərliyi dövründə – 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını tam doğrultmuşdur. İnanırıq ki, növbəti prezident seçkisində də xalqımız İlham Əliyevə etimad göstərərək neçə-neçə uğurlu islahatların davam etdirilməsində ona dəstək olacaqdır.
Seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şəraitin yaradılması imkan verir ki, növbəti seçkilərdə də xalqımız özünün iradəsini ortaya qoyaraq düzgün seçimini etsin`.

`Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir`, deyə o əlavə edib.


Teqlər:  





Xəbər lenti