Sentyabrdan avtobuslar `kart`a keçəcək

 Sentyabrdan avtobuslar `kart`a keçəcək
  06 Avqust 2013    Oxunub:1027
Kartın qiyməti 1 və ya 2 manat olacaq.
Sentyabr ayında 1000 avtobusda kart sistemi tətbiq olunacaq.

Bu barədə AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. Şöbə rəhbərinin sözlərinə görə, hazırda kartların hazırlanma prosesi gedir :

“Validatorların avtobusa quraşdırılma prosesi həyata keçirilir. Ona görə də birinci mərhələdə kart sistemini Bakı şəhərində 1000 avtobusda tətbiq edəcəyik. Sonra isə bu sistem Bakıdakı bütün avtobuslara aid ediləcək. Bu proqram 2014-cü ilə qədər davam edəcək. Kart sistemi bütün avtobuslara quraşdırılıb, amma rəsmi olaraq, tətbiqi başlanmayıb”.

Nazirlik sözçüsü qeyd edib ki, kart sistemi hələki Bakı, Bakı və ətraf qəsəbələr, o cümlədən Bakıdan Sumqayıta hərəkət edən avtobuslara aid ediləcək.

Qeyd edək ki, ilkin mərhələdə 1, 6, 13, 14, 24, 37, 46, 49, 65, 90, 95, 96 saylı avtobuslarda kart sisteminin tətbiq ediləcək. Kartın qiyməti 1 və ya 2 manat olacaq.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti