Təhsil Nazirliyi: `Diplom müdafiəsi ləğv edilməyəcək`

Təhsil Nazirliyi: `Diplom müdafiəsi ləğv edilməyəcək`
  06 Avqust 2013    Oxunub:3374
Təhsil Nazirliyi ali təhsil müəssisələrində dövlət imtahanının, yaxud diplom müdafiəsinin ləğvi məsələsinə münasibət bildirib.
Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, tələbələrin yekun dövlət attestasiyası təhsil proqramının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək, məzuna müvafiq ixtisas dərəcəsi vermək məqsədilə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Həmin Qaydaların 2.16-cı bəndinə görə isə yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Qeyd etməliyik ki, bir qayda olaraq, yekun dövlət imtahanı əsas ixtisas fənlərini əhatə edən ancaq 1 imtahandan ibarətdir.
Boloniya prosesinə qoşulmuş bütün ölkələrin əksər ali təhsil müəssisələrində tələbələrin yekun dövlət attestasiyası nəzərdə tutulmuşdur.



Teqlər:





Xəbər lenti