Ramazanda polislərin işi çox olacaq
Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti 2013-cü il avqustun 7-dən 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Əmrdə, həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən, bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi tələb olunur. Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Məlumatda bildirilir ki, DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etmələri üçün əlindən gələni əsirgəməyəcək.
AzVision.az
Teqlər: