Saxta çanta alverçisi cərimələndi

Saxta çanta alverçisi cərimələndi
  06 Avqust 2013    Oxunub:1104
Mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilib.
AzVision.az İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fiziki şəxs Səbinə Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı "LOUİS VUİTTON MALLETİER" şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs Səbinə Cəfərovaya 2,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti