İTV-nin Həmkarlar İttifaqının sədri də işdən qovuldu

İTV-nin Həmkarlar İttifaqının sədri də işdən qovuldu
  07 Avqust 2013    Oxunub:1282
İctimai Televiziya və Radio Yayımları Şirkətinin daha bir sədri işdən qovuldu
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Həmkarlar İttifaqının sədri Azad Məmmədov bir neçə dəqiqə bundan əvvəl işindən azad edilib. Bu barədə AzVision.az-a İTV-dən məlumat verilib. Bildirilib ki, A.Məmmədov Cəmil Quliyevin kanalın bir-birinin ardınca köhnə kadrlarını işdən çıxartmasına etiraz edib. Elə bu səbəbdən də rəhbərlik Azad Məmmədovu işdən çıxarıb.

Qeyd edək ki, Cəmil Quliyev İctimai telekanala rəhbər vəzifəsinə keçdikdən sonra telekanalın bir çox işçilərin işdən qovub. Bu gün səhər saatlarında da televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Cəsarət Valehoğlu işdən çıxarılıb.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti