Erməni tualetə qurban getdi

Erməni tualetə qurban getdi
  07 Avqust 2013    Oxunub:1207
Moskvaətrafı Noqinsk qəsəbəsində gözündən vurulan erməninin qətlinin səbəbləri məlum olub.
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Noqinsk qəsəbəsində erməni əsilli iş adamı gözündən güllə yarası alaraq öldürülmüşdü. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, erməni biznesmen yol qırağında tualet ehtiyacının qurbanı olub.

Belə ki, istintaq nəticəsində məlum olub ki, qətl gecəsi Arakelyan adlı erməni tək olmayıb, onun yanında elə erməni əsilli digər bi şəxs də olub. Yüngül yaralanan həmin şəxs dindirilmə zamanı bildirib ki, “Land Rover” markalı maşınla evlərinə gedirmişlər. Yolda tualetə getmək məqsədilə avtomobildən eniblər. Geri qayıdarkən iki naməlum şəxs onlara yaxınlaşıb və bildirblrər ki, “yol sizin üçün tualet deyil, burada belə işlər qadağandır”. Daha sonra onlardan biri tapancasını çıxararaq erməniləri ədəbsizlik etdikləri üçün güllələyib.

Qeyd edək ki, polislər hadisə yerindən patron və taxta dəyənək tapıblar. Həmin dəyənəyin erməniyə aid olduğu bildirilir. Onların əlbəyaxa olduqları və qətlin qabaqcadan planlaşdırıldığı da istisna edilmir. Hazırda araşdırmalar davam edir.

S.Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti