Yol polisindən sürücülərə bayram xəbərdarlığı
`Bununla əlaqədar havaların isti keçməsini nəzərə alaraq yollarda sürücülərin tam diqqətli olmalarını və soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında istifadə etməmələrini tövsiyə edirik. Bundan başqa, bəzi dağətəyi rayonlarda havaların yağışlı, leysan xarakterli olacağını nəzərə alaraq, sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələinin şüşəsilənlərini qaydaya salsınlar, o cümlədən yollarda sürət həddinə və ötmə qaydalarının düzgün həyata keçirmələrinə xüsusi diqqət yetirsinlər. Avtomobillərin hərəkət sıxlığını nəzərə alaraq piyadalara da yolu keçərkən maksimum dərəcədə diqqətli olmağı tövsiyə edirik."