100 nəfər nazirlə açıq danışdı

100 nəfər nazirlə açıq danışdı
  07 Avqust 2013    Oxunub:1096
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi avqustun 7-da nazir Fizuli Ələkbərov Göyçay rayonunda Ağsu, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Qobustan, Şamaxı, Yevlax, İsmayıllı rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

Qeyd edək ki, ilin əvvəlindən bu günkü qəbul da daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 14 dəfə vətəndaş qəbulu, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə min nəfərdən çox vətəndaşın müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb. Bununla yanaşı, 24 may 2013-cü il tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi “Facebook” səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 250-ə yaxın müraciət cavablandırılıb.


Teqlər:  





Xəbər lenti