`Oruclar` oruc tutdumu?
“Səfərlərdə olmadığım vaxtlarda, İmkan olanda oruc tuturam. Açığını deyim bu dəfə orucluğu axıra kimi saxlaya bilmədim. Amma əksər günləri tutmuşam. Orucluğun son günü bizdə də bayram kimi keçirilir, xüsusi ilə qeyd olunur. Mən imanlı- dinli bir ailədənəm. Gözümü açandan nənlərim namaz qılıb, oruc tutan görmüşəm. Bizdə orucluq həmişə bayram olub. Bu ildə ənənəyə uyğun şəkildə öz ailəmizdə keçirəcəyik”.
Artıq 41 ildir ki, ORUC soyadını daşıyan millət vəkili Zahid Oruc isə işi ilə əlaqədar oruc tumağa imkanı olmadığını bildirir.
“İşlərimin bəlli bir qrafiki fonunda oruc tuta bilmirəm. Amma bir daha deyirəm ki, ruhən, qəlbən, əməllərim baxımından, insanalara münasibətim, onların müəyyən ağrılarını bölüşməyim nöqteyi nəzərdən özümü oruc tutanların cərgəsində sanıram. Ramazan bayramını insanlarla bərabər keçirirəm. Bəzən olur ki, təmsil etdiyim bölgədə hansısa tədbirlərdə iftar süfrələrində iştirak edirəm. Əgər ora qatıla bilmirəmsə “əli aşağı”olanları da nəzərə almaq şərti ilə yaxın çevrədə olan insanlarla birgə iftar süfrələrində bayramı keçirirəm. Bu ildə dediyim səviyydə keçirəcəm və şükranlığımı bildirəcəm. Soyadımda oruc sözünü daşıyıram, məni ömürülük oruc saya bilərsiniz”.
QMİ sədrinin müavini Hacı Fuad Nurulla isə deyir ki, adın və ya soyadın oruc olmasının dini baxımdan heç bir əsası əsası yoxdur.
“Birinin adı Oruc, digərinin adı Ramazandır, bunların din baxımından savab anlayışı yoxdur. Bu adlar sadəcə olaraq insanlara müqəddəs Ramazanı xatırlatması baxımından savabdır. Buna əxlaqi yanaşmaq olar. Ad insanın həyatında mahiyət kəsb edə bilər, amma bu cür adlar din nöqteyi –nəzərindən savab sayılması düzgün deyil” .
Şahanə RƏHİMLİ