`Azərbaycanın ərazisində münaqişə istəmirik`

 `Azərbaycanın ərazisində münaqişə istəmirik`
  07 Avqust 2013    Oxunub:1176
Roland Kobia:"Biz Avropaya yaxın bir ərazidə, xüsusən də Azərbaycan kimi vacib tərəfdaşımızın ərazisində münaqişə istəmirik".
Avropa Birliyinin Azərbaycandakı daimi nümayəndəsi Roland Kobia Azərbaycanı tərk etməzdən əvvəl sonuncu dəfə jurnalistlərə müsahibəsində belə deyib. O, bildirib ki, münaqişənin həlli hazırda təmsil etdiyi qurum üçün də prioritet məsələlərdəndir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün bir nömrəli məsələdir. Biz hazırda detalları araşdırırq. Avropa Birliyinin münaqişə ilə bağlı xüsusi nümayəndəsi var. O, tez-tez regiona gəlir.

Biz münaqişənin sülh yolu ilə həllinə yaxınlaşmaya çalışırıq. O cümlədən ATƏT-in Minsk qrupunu da dəstəkləyirik. ABŞ-ın təyin etdiyi yeni həmsədrin də fəaliyyətinin uğurlu olacağını düşünürəm".

Qeyd edək ki, Roland Kobianı Azərbaycanda Malena Mardin əvəz edəcək. Onun Azərbaycana sentyabrda gələcəyi gözlənilir. Roland Kobia isə Avropa Birliyinin Myanmarda açılan ilk ofisinə rəhbər təyin edilib.


Teqlər:  





Xəbər lenti