Silsilə partlayışlar nəticəsində 100-dən çox insan yaralanıb
İraqın paytaxtı Bağdadda törədilən bir neçə partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb. 100-dən çox insan yaralanıb. Məlumata görə, ötən gün Bağdadın bir neçə rayonunda 8 partlayış törədilib. Partlayışların əksəriyyəti iri bazarların yaxınlığında baş verib. Bundan başqa Nahravan şəhərində də minalanmış avtomobil partladılıb. Anbakiya kəndində də terror aktı qeydə alınıb.