İki Koreya dövləti yenidən danışıqlara başladı

İki Koreya dövləti yenidən danışıqlara başladı
  07 Avqust 2013    Oxunub:1200
Şimali və Cənubi Koreya dövlətləri yenidən danışıqlar aparmaq üçün razılıq əldə ediblər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, danışıqlar birgə sənaye zonası olan Kesonun yenidən açılması barədə olacaq. Qeyd edək ki, bu addım Seulun qəti şəkildə sənaye zonasını bağlayacağını bildirdikdən sonra baş tutub.

Pxenyan danışıqları avqustun 14-nə təklif edib. Şimali Koreya həmçinin işçilərini birgə sənaye kompleksinə qaytaracağına və qonşusu Cənubi Koreya işçilərinin təhlükəsizliyinə zəmanət verəcəyinə vəd verib. Cənubi Koreya şimalın danışıq təklifini qəbul edib.

Xatırladaq ki, iki Koreya dövlətinin əvvəl baş tutan danışıqları heç bir nəticə verməyib. Cənubi Koreya Pxenyandan sənaye zonasını bağlamamağı və işçilərinin təhlükəsizliyinə zəmanət verməsini tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti