Ruhani danışıqlara çağırdı – VİDEO

Ruhani danışıqlara çağırdı – VİDEO
  08 Avqust 2013    Oxunub:1234
İranın yeni prezidenti Həsən Ruhani nüvə proqramı ilə bağlı beynəlxalq aləmi “ciddi və əsaslı” danışıqlara çağırıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, inauqurasiyasından sonra ilk mətbuat konfransında Ruhani, nüvə məsələsi ilə bağlı hər iki tərəfin narahatlığının qısa müddətdə həll olunacağına əmin olduğunu söyləyib.

“Nüvə proqramı ilə bağlı məsələ təhdid ilə deyil, danışıqlar yolu ilə həll edilməlidir” – İran prezidenti vurğulayıb.

Qeyd edək ki, Qərb dövlətləri İranın nüvə silahı hazırlamasından ehtiyatlanır. Lakin Tehran hər dəfə bu ittihamları inkar edərək nüvə proqramının dinc xarakter daşıdığını bildirir.



AzVision.az


Teqlər:  





Xəbər lenti