Yaponiya Fukuşima ilə bağlı tədbir görür

Yaponiya Fukuşima ilə bağlı tədbir görür
  08 Avqust 2013    Oxunub:1521
Yaponiyada nüvə zavodunda radioaktiv suyun sızıntısı hələ də davam edir.
Yaponiyanın baş naziri Şinzo Abe bildirib ki, artıq məsələ ilə bağlı hökumət tədbirlər görməyə başlayıb. AzVision.az BBC-yə istinadən xəbər verir ki, hər gün demək olar ki 300 ton radioaktiv su dənizə axır. Abenin sözlərinə görə, hökumət zəhərli suyun qarşısını almaq üçün əsaslı tədbirlər görəcək. Təkliflərdən biri zavodun ətrafındakı ərazinin dondurulmasıdır.

Xatırladaq ki, Fukuşima zavoduna 2011-ci ildə güclü zəlzələ və sunami nəticəsində ziyan dəymişdi. Son aylarda isə zavodda su sızıntıları və elektrik kəsintiləri baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti