Erməni azaraq Azərbaycan tərəfə keçib

Erməni azaraq Azərbaycan tərəfə keçib
  08 Avqust 2013    Oxunub:1090
Bu gün azaraq Azərbaycan Ordusunun nəzarətindəki ərazilərə keçən bir erməni saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçən erməninin mülki şəxs və ya hərbçi olduğu araşdırılır.

Hazırda Azərbaycan tərəfi ərazimizə keçmə səbəblərini və şəraitini müəyyənləşdirir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da faktı təsdiqləyib və əlavə məlumatın veriləcəyini açıqlayıb.

Erməni mətbuatının yazdığına görə, Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçən əsgər, 1991-ci il təvəllüdlü sıravi Akop Gevorkoviç İnciqulyandır.


Teqlər:  





Xəbər lenti