Nabranda xəsarət alan İmran Cəfərzadədən yeni xəbər var

Nabranda xəsarət alan İmran Cəfərzadədən yeni xəbər var
  08 Avqust 2013    Oxunub:1016
Azərbaycanın Almaniyadakı səfirliyindən verilən xəbərə görə, Almaniyanın “Charite” klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadəni müalicə edən həkimlər onun sağalmasında böyük irəliləyiş olunduğunu bildirib.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, avqustun 6-da İmran Cəfərzadənin ayaqlarında keçirilən əməliyyatdan sonra klinikanın mütəxəssisləri bütövlükdə müayinənin və əməliyyatın nəticələrindən razı qalıb.
Qeyd edək ki, növbəti müayinə avqustun 9-na, əməliyyat isə avqustun 12-nə təyin olunub.

Həkimlər xəstənin fiziki və psixoloji durumunu normal hesab edir.
Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin müalicəsini daim diqqət mərkəzində saxlayır, xəstənin durumuna dair yeniliklər barədə mütəmadi olaraq Prezident Administrasiyasını, Heydər Əliyev Fondunu və ictimaiyyəti məlumatlandırır.

Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti