Nağıl qəhrəmanları real həyatda - FOTOLAR

Nağıl qəhrəmanları real həyatda - FOTOLAR
  08 Avqust 2013    Oxunub:14573
Kanadalı fotoqraf Dina Qoldsteyn nağılların bədbəxt sonluqlarını təsvir edib.
Ağbəniz, Sindrella, Rapunzel, Qırmızı papaq və başqa nağıllar adətən xoşbxət sonluqla bitsə də fotoqraf onların bədbəxt sonluqlarını hazırlayıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotoqrafın bu layihəni reallaşdırmaqda məqsədi insanlara həyatın həmişə xoşbəxt sonluqla bitmədiyini göstərməkdir: “Mən radikal realistəm, ona görə də şahzadələri real həyatdakı problemlərin içində təsvir etmişəm. Uşaq olanda da nağılların sonundakı “Sonsuza qədər xoşbəxt ömür sürdülər” sözlərinə inanmırdım. Qızım şahzadə olmaq istədiyi vaxtlarda anamın xərçəng xəstəliyinə tutulduğunu öyrəndim. Bu təzadı əsas götürərək belə bir layihə hazırladım”.

Fotolarda Ağbəniz 4 uşağı və vecsiz həyat yoldaşı ilə xoşbəxt olmadığı bir ailə həyatının içərisində təsvir edilib. Rapunzelə xərçəng xəstəliyi diaqnozu qoyulub və o xəstəxana otağında əyləşib kəsilmiş saçlarına baxır. Ögey anası və bacılarının zülm elədiyi və onlardan xilas olub şahzadə ilə evlənən Sindrella isə fotolarda alkoqolik kimi təsvir olunub. Əlində McDonlad`s kolası, səbətində fastfood ilə meşədə təsvir olunan Qırmızı papaq isə artıq çəkidən əziyyət çəkir. Noxud üztündə yatmış şahzadə isə çarpayısı ilə birlikdə zibillikdə görüntülənib. “Yatmış gözəl”in qəhrəmanı isə qocalar evindədir. “Min bir gecə” nağıllarındakə Ələddinin sevgilisi Yasəmən isə əlinə silah alıb Orta Şərqdə döyüşür.

Fatimə Kərimli

Qalereya




Teqlər:





Xəbər lenti