670 bal toplayan tələbə özünü öldürdü - Yenilənib
"Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".
***
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


