Aparat rəhbərinin sağ qalan qızından xəbər var
Baş həkim bildirib ki, ailənin sağ qalan yeganə övladı olan Leyla Qurbanlının müalicəsi davam etdirilir: “Həyatı üçün heç bir təhlükə yoxdur”.
Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Müşviq Qurbanova məxsus evdə partlayış baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.
Hadisə nəticəsində M.Qurbanov, həyat yoldaşı Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıb. Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib. Xəsarət alan Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova müalicələrini davam etdirmək üçün Türkiyəyə aparılıb. Bir neçə gün sonra hər ikisi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Dünyasını dəyişən M.Qurbanov “Azəravtoyol” ASC-nin Aparat rəhbəri, həyat yoldaşı Ş.Qurbanlı isə cərrah idi.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


