Qəbələdə ölümlə nəticələnən qəza

Qəbələdə ölümlə nəticələnən qəza
  19 Noyabr 2016    Oxunub:3337
Qəbələdə yol qəzası ölümlə nəticələnib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:58-də başa çatıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti