Bakıda yarımçıq tikilidən meyit tapılıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 15:22-də başa çatıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


