Bakı sakininin evdə meyiti tapılıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Qrintinkov Vladeslav Vasileviçin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:42-də başa çatıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


