80 yaşlı qadın evində yanaraq ölüb

80 yaşlı qadın evində yanaraq ölüb
  24 Fevral 2017    Oxunub:1296
Şəmkirdə 80 yaşlı qadın faciəvi şəkildə ölüb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayan Nərgiz Məmmədovanın evində yanğın baş verib.

Nəticədə evin 25 kvm. sahəsindəki yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra mənzildən 80 yaşlı ev sahibəsinin yanmış meyiti tapılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti